Arda bu kluba getməlidir – Ançelotti üzərində təzyiq
İspaniyada Arda Gülerin “Real Madrid”də az oyun vaxtı alması ilə bağlı müzakirələr davam edir.
BEY.AZ xəbər verir ki, mediada Ardanın təcrübə toplamaq üçün uyğun ünvanın hansı olduğu açıqlanıb. İspaniya mediası yazır ki, Arda Güler “Real Sosyedad”a icarəyə göndərilməlidir. Məqalədə bildirilir ki, bundan əvvəl “Real Madrid”dən Odegaard və Kubo “Real Sosyedad”a icarəyə göndərilib. Hər iki futbolçunun icarəsi uğurlu alınıb. Kubo “Real Sosyedad”da oynamağa davam edir. “Arsenal” klubuna gedən Odegaard isə İngiltərədə uğurlu oyun nümayiş etdirib. Ardadan əlavə Endrik və Brahim Diazın da icarəyə göndərilməsi irəli sürülür.
Qeyd edək ki, Arda Gülerin mövsümün fasiləsinə kimi əsas heyət oyunçusu olmayacağı təqdirdə mövsümün sonuna qədər icarəyə getmək istədiyi deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |