Arda Gülər məşq zamanı çətin anlar yaşadı
“Real Madrid”in türk ulduzu Arda Gülər yeni mövsüm hazırlıqlarını davam etdirdiyi zaman son məşqində çətin anlar yaşayıb.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Antonio Rudigerin müdaxiləsindən sonra ağrılar içində yerdə qalıb və bir müddət ayağa qalxa bilməyib.
Arda Gülər həkimlərin müayinəsindən sonra məşqlərə davam edib.
Türkiyəli futbolçunun axsayaraq yeridiyini görən Rudiger komanda yoldaşından üzr istəyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |