Arda “Qalatasaray”dan sonra “Fənərbaxça”nı da dizə gətirdi
Türkiyə Superliqasının 17-ci turunda “Eyüpspor” “Fənərbaxça”nı qəbul edib.
BEY.AZ xəbər verir ki, oyun 1-1 hesabı ilə yekunlaşıb. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. “Sarı-lacıvərdlilər”i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.
36 xalı olan “Fənərbağça” 41 xala malik lider “Qalatasaray”ın ardından ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə 29 xalla “Samsunspor” qapayır. Arda Turanın çalışdırdığı “Eyüpspor” bundan əvvəl 3-3 ilə yekunlaşan oyunda “Qalatasaray”dan da xal almışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |