Arda “Real”dan gedə bilər – Ançelotti ilə gərginlik yaşayır
Bu mövsüm “Real Madrid”də istədiyi qədər forma şansı ala bilməyən Arda Güler haqqında yeni iddia ortaya atılıb.
BEY.AZ xəbər verir ki, Arda Güler baş məşqçi Karlo Ançelottinin ona az fürsət verməsindən məyus olub. “Sport 45”in xəbərinə görə, Arda 5 illik müqaviləsinə baxmayaraq, klubdan icarə əsasında və ya daimi olaraq ayrılmağı tələb edə bilər. Məlumata görə, italyan məşqçi bütün oyunçularından müdafiəyə töhfə verməyi gözləyir və Ardanın bu baxımdan bacarığının az olduğunu hesab edir. Arda matçlarda oynamadığı üçün buna davranışları ilə etiraz etmişdi.
Qeyd edək ki, bu mövsüm komandası ilə 10 matça çıxan Arda Güler, 291 dəqiqə meydanda qalıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |