fbpx

Ardaya start heyət sürprizi – Ançelotti oyunçuları dəyişir



UEFA Superkuboku matçında “Atalanta”nı 2:0 hesabı ilə məğlub edən “Real Madrid” daha sonra La Liqada 2024-25 mövsümünün ilk həftəsində Malyorkadan 1:1 hesablı heç-heçə ilə qayıdıb.

BEY.AZ xəbər verir ki, “Malyorka” klubu ilə matçdakı heyətlə bağlı müzakirələr davam edir. Baş məşqçi Karlo Ançelotti oyunçu dəyişikliyini gec etdiyinə görə tənqid edilir. Arda Gülerin 88-ci dəqiqədə oyuna girməsi birmənalı qarşılanmayıb. AVRO-2024-də yaxşı oyun nümayiş etdirəndən sonra Ardanın ilk 11-liyə düşə biləcəyi deyilirdi. “Defensa Central”da yer alan xəbərə görə, “Real Madrid”in baş məşqçisi Carlo Ancelotti oyundan sonra klub prezidenti Florentino Pereslə danışıb. İtaliyalı çalışdırıcı səhvlərini prezidentə etiraf edib. Ançelottinin heyətdə dəyişiklik edəcəyi deyilir.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin