fbpx

Ardıcıl iki şənbə tam iş günü olacaq



Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

BEY.AZ xəbər verir ki, 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilib.

Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.

Bu dəyişikliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olur. Nəticədə bu şənbə 16 noyabr və növbəti şənbə 23 noyabr iş günü hesab edilir.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin