fbpx

ARDNF media nümayəndələri üçün təlim keçirdi



Azərbaycan Dövlət Neft Fondu (ARDNF) media nümayəndələri üçün təlim keçirib.

BEY.AZ-ın məlumatına görə, Fondun kommunikasiya strategiyasına uyğun olaraq, media qurumları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin, eləcə də, onların iqtisadi-maliyyə, o cümlədən investisiya sahəsində biliklərinin artırılması məqsədilə iyunun 27-28-də ARDNF-də “Suveren Fondların investisiya fəaliyyəti” mövzusunda təlim keçirilib.

ARDNF-nin İcraçı direktorunun müavini, Bəhruz Bəhramov bildirib ki, media ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi və media mənsublarının maarifləndirilməsi Fondun ictimaiyyətə kommunikasiya etdiyi mesajların düzgün formada çatdırılması və aşılanmasında mühüm əhəmiyyətə malikdir.

Təlim iştirakçılarına ARDNF-nin yüksək ixtisaslı əməkdaşları tərəfindən Suveren Sərvət Fondlarının yaranma məqsədləri, missiyası, investisiya istiqamətləri, portfel bölgüsü, beynəlxalq fiskal qaydalar, səhm ticarəti, səhm bazarı indeksləri, sabit gəlirli qiymətli kağızlar, istiqrazlar və daşınmaz əmlak investisiyaları barədə ətraflı məlumat verilib və bu mövzularla bağlı təhlili materiallar təqdim olunub.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb və sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin