fbpx

Argentinada yanğınlar 800 min hektar bitki örtüyünü MƏHV ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Argentinanın Korrientes əyalətində baş verən yanğınlar 785 238 hektar bitki örtüyünü məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə cümə günü “Clarín” qəzeti yerli hakimiyyət orqanlarının peyk şəkilləri əsasında hazırladığı hesabata istinadən məlumat yayıb.

Yanğınlar yanvarın ortalarında başlayıb və tez bir zamanda bataqlıqların və meşələrin geniş sahələrini əhatə edib. Nəşrin məlumatına görə, yanğınların təsirinə məruz qalan ərazi əyalətin ümumi ərazisinin demək olar ki, 9%-ni təşkil edir.

“Biz heç vaxt belə bir şey görməmişik. Korrientesdə 30.000 hektar meşə indi gözlərimizin önündə yanır”, – bölgənin qubernatoru Qustavo Valdez cümə günü Miter radiostansiyasına belə deyib.

O qeyd edib ki, yanğınlarla bağlı vəziyyət uzun sürən quraqlıq dövrünü daha da ağırlaşdırır. “Yalnız yağış bizə möhlət verə bilər. Proqnozlara görə, bazar günü yağış ola bilər”, – Valdez deyib.

Qeyd edək ki, Korrientesdə dünyanın ikinci ən böyük bataqlıq ərazisi olan “Esteros del İbera” Təbiət Qoruğu yerləşir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin