fbpx

ArmNews telekanalı və Tert.am saytı fəaliyyətini dayandırır

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın ArmNews telekanalı, ArmNews FM radiosu və Tert.am nəşrinin daxil olduğu “Karyak Media” şirkəti fəaliyyətini dayandırır.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin qurucularından biri Samvel Fərmanyan bildirib. Onun sözlərinə görə, uzun müddət fəaliyyətlərini necə davam etdirəcəkləri ilə bağlı çətin qərarla üzləşiblər. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri alsalar da, bu təkliflər onların prinsiplərinə zidd olub.

“Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ağrılı, lakin ən təbii qərarı verdik – “Karyak Media” fəaliyyətini dayandırdı”, – Fərmanyan bildirib.

Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin