fbpx

Artıq Qarabağın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Milli Məclisin (MM) sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib.

Bu barədə Metbuat.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik-gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı” mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququ verdiyini bildirən Milli Məclisin sədri, həmçinin deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. O cümlədən, gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə artıq ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını ifadə edən Sahibə Qafarova deyib ki, biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qərarqəbuledici mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi oluruq.

Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlər boyu heç bir ayrı-seçkilik olmadan ləyaqət, sülh və dostluq şəraitində birgə yaşadıqlarını bildirən Milli Məclisin sədri qeyd edib ki, bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.

Rüya tabirlerini burdan oku

Spiker Sahibə Qafarova çıxışında bildirib ki, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur. O, xatırladıb ki, bu konfransda suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti vurğulanıb. Sahibə Qafarova təəssüflə qeyd edib ki, Azərbaycanın timsalında bu prinsiplərə etinasızlıq meyli var. Bu əsas prinsiplərə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsi və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneələr olub.

Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran”la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.

Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq lokal antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə əsassızdır. Sahibə Qafarova həmçinin bildirib ki, terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb. Hələ də davam edən erməni silahlı qüvvələrinin tərksilah edilməsi prosesi ərazilərimizin qeyri-qanuni hərbiləşdirilməsinin dəhşətli miqyasını ortaya qoydu.

Milli Məclisin sədri xatırladıb ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərinin nümayəndələri ilə iki görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupu regionda sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri ilə məşğul olur. Artıq yerli sakinlərə ərzaq, dərman və yanacaq da daxil olmaqla humanitar yardımların çatdırılmasına başlanılıb. Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə yüklər daşınır.

Spiker Sahibə Qafarova reinteqrasiya prosesinin uğurlu olacağına inamını ifadə edərək deyib ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Ərazini tərk edənlər isə bunu öz seçimləri əsasında edirlər. Milli Məclisin sədri bir daha vurğulayıb ki, Qarabağın erməni sakinlərinin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək. 30 ildir ki, cinayətkar rejimin girovluğunda olan etnik ermənilər daha yaxşı həyata malik olacaqlar və azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yenidən yaşayacaqlar.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Artıq #Qarabağın #erməni #sakinlərinin #cəmiyyətimizə #reinteqrasiyası #başlayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu