fbpx

Arutyunyan sülh sazişini qəbul edib: Xankəndidən qaçmağa hazırlaşır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xankəndidəki separatçı-terrorçuların “rəhbəri” Araik Arutyunyan Qarabağda Azərbaycanın nəzarətinin bərpa ediləcəyi reallığı ilə barışır.

Metbuat.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məqaləsində bildirilir ki, Nikol Paşinyan və Arutyunyan bu məsələdə artıq razılaşıblar.

Rüya tabirlerini burdan oku

“İki gün əvvəl “təhlükəsizlik şurası”nın geniş iclasında Arutyunyan bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının alternativi yoxdur. Lakin qeyd edib ki, Nikol “Qarabağın qalması” üçün hər şeyi edəcəyinə söz verib. Sülh müqaviləsinin də “status”a heç bir aidiyyəti yoxdur”, – nəşr yazır.

Məqalədə iddia olunur ki, Paşinyanın “status”dan imtina etməsindən sonra Araik Arutyunyan etiraz etsə də, Ermənistan MTX-nin sədri Armen Abazyan Xankəndiyə gələrək ona yeni reallıqları başa salıb.

Nəşr yazır ki, Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra Arutyunyan Xankəndini tərk edə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu