Arvadını başqa kişi ilə tutdu, təpiklədi, sonra bağışladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Beyləqan rayonunda 1981-ci il təvəllüdlü Rasim qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Günelə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 1 sentyabr 2021-ci ildə baş verib. Rasim həmin gün gecə saat 23 radələrində arvadı Günelin Əli ilə yaşadığı evinin həyətində görüb.
Rasim onların yaxın münasibətdə olduğunu düşünərək arvadının qulağına bir şillə vurub. Günel qaçaraq həyət darvazasından çölə çıxıb və yerə yıxılıb.
Rasim də çölə çıxaraq Günelin döş qəfəsinin sol böyrünə, qabırğa nahiyəsinə təpiklə bir neçə zərbə vurub.
İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 1-də təxminən saat 23 radələrində yaşadığı evin həyətində arvadı Günelin Əli ilə qucaqlaşdığını və bir-birlərini öpdüklərini görüb: “Onlara yaxınlaşaraq Əlinin üzünə, sonra da arvadım Günelin sol qulağına şillə ilə vurdum. Günel həyətdən qaçaraq çölə çıxdı. Mən də onun arxasınca çıxdım. Günelin ayağı ilişərək yerə yıxıldı. Yerdə olan zaman onun döş qəfəsinə bir neçə təpik zərbəsi vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt oraya gəlmiş anası Səbinə ilə qardaşı oğlu Elmin onu sakitləşdiriblər.
O deyib ki, zərərçəkmiş Günel ilə barışıb, himayəsində iki nəfər azyaşlı uşağı var.
İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, sentyabrın 1-də gecə saat 23 radələrində evdə olan zaman həyətdə kiminsə oğlu Faiqi səslədiyini eşitdiyindən həyətə çıxıb və həmin şəxsdən kim olmasını soruşub: “Həmin şəxs həyətin girişində dayandı, mənə Əli olduğunu və oğlum Faiqin pulunu gətirdiyini bildirdi. O, həyətə daxil olaraq 10 manat pulu mənə uzatdı. Bu zaman ərim Rasim həyətə gəldi və qışqıraraq mənim Əli ilə qucaqlaşdığımı, öpüşdüyümü bildirdi. Əlinin üzünə şillə vurdu.
Biz Rasimi sakitləşdirməyə çalışdıq. Qayınanam Səbinəyə zəng etdim, tez bizə gəlməsini bildirdim. Rasim həyətdə sol qulağıma bir dəfə şillə vurdu. Buna görə də həyət darvazasından çölə qaçdım. Ayağım ilişərək yerə yıxıldım. Yerdə olan zaman Rasim döş qəfəsimin sol tərəfinə, sol böyrümə bir neçə təpik zərbələri vurdu.
Bədənim ağrıdığı üçün qışqırmağa başladım. Qayınanam qaynım oğlu ilə birlikdə oraya gəlmişdi. Onlar Rasimi sakitləşdirərək məndən araladılar. Beyləqan rayon mərkəzi xəstəxanasına getdim. Orada müayinə və müalicə olundum”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə Rasimin barəsində 3 il 6 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Məhkuma təyin edilən cəzanın icrası Beyləqan rayon icra və probasiya şöbəsinə tapşırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Arvadını #başqa #kişi #ilə #tutdu #təpiklədi #sonra #bağışladı