fbpx

AŞ-nin nümayəndə heyətinə Ermənistanın nifrət cinayəti barədə məlumat verilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi direktoratlığının rəhbəri Kristof Puarelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.

Rüya tabirlerini burdan oku

Ombudsman Aparatında və regional mərkəzlərdə müraciət edən şəxslərin qəbulunun həyata keçirildiyi, müraciətlərin 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron qaydada və sosial şəbəkələr vasitəsilə qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.

A.Səfixanlı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu bildirib. O, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi nifrət siyasəti, Azərbaycana qarşı nifrət cinayətini davam etdirməsi barədə məlumat verib.

Aparat rəhbərinin müavini Rəşid Rumzadə qonaqlara Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təşəbbüslərindən və həyata keçirdiyi geniş fəaliyyətdən bəhs edib. O, Müvəkkilin, Milli Preventiv Qrupun üzvlərinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən mütəmadi olaraq həyata keçirdiyi başçəkmələr, verilmiş tövsiyələr və onların icrasının monitorinqi, müraciətlərin araşdırılması ilə dərhal verilən reaksiyalar, vəkillərlə bu istiqamətdə əməkdaşlıqdan danışıb.

R.Rumzadə, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib, insan hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AŞnin #nümayəndə #heyətinə #Ermənistanın #nifrət #cinayəti #barədə #məlumat #verilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu