fbpx

“Asan iş istəsəydim, Bakıda blogerlik edərdim”

BEY.AZ informasiya agentliyi xəbər verir


“İşimi və çalışdığım şirkəti çox sevirəm. Əlbəttə, çətin anlar olur: bəzən stresli iş prosesi və saatlarla kompüter qarşısında olmaq. Amma çətinlik olmasa inkişaf olmaz. Mənə su içimi qədər asan və “lya, lya” iş lazım olsa idi, indi oturub Bakıda blogerlik edirdim”.

Metbuat.az “Axşam.az”a istinadən xəbər verir ki, bu sözləri aparıcı Günel Hümbətova instaqram hesabında yazıb. Amerikada yaşayan və çalışan Günel oradakı işindən bəhs edib:

“İnkişaf etmək, karyera yüksəlişi və dünyadakı texniki inkişafın kiçik bir hissəsi olmağı seçdim. Yolumu hazırda çalışdığım şirkətdən saldığı üçün kainata çox minnətdaram. Buradakı peşəkar insanların əhatəsində olmaq onlardan öyrənmək və qlobal brendlərin (dünyaca məşhur bir çox brend bizim müştərimizdir) biznes modellərinin arxa pərdəsində onların necə qurulduğunu və ayaqda qaldığını izləmək, bu prosesdə CRM mütəxəssisi kimi iştirak etmək, inkişaf etmək ləzzət verir. Nə vaxtsa kimsə mənə desəydi ki, sən Nyu-Yorkda belə bir işdə çalışıb, öz ayaqların üzərində dayanacaqsan, inanmazdım. Onun belə qısa vaxtda baş verəcəyinə inanmazdım. İndi xoşbəxtəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Asan #iş #istəsəydim #Bakıda #blogerlik #edərdim

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin