Astanada KTMT-nin üç şurasının birgə iclası keçirilir
Qazaxıstanın paytaxtı Astanada KTMT-yə üzv ölkələrin geniş tərkibli iclasları keçirilir.
BEY.AZ xəbər verir ki, Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katiblərinin müzakirələrində sülhməramlı fəaliyyət, kadr hazırlığı və elmi əməkdaşlıq daxil olmaqla 30-dan çox məsələ ətrafında fikir mübadiləsi aparılır.
Bu gün həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası baş tutacaq. Tədbirdə təşkilatda iştirakını donduran Ermənistan istisna olmaqla, bütün liderlər iştirak edəcək.Sammit dar və geniş tərkibdə keçiriləcək.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |