fbpx

Astarada 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olundu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib.

Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulması), 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinin tələblərini pozan ümumilikdə 6 fiziki, 4 vəzifəli şəxs, o cümlədən ərazi üzrə iki bələdiyyənin sədri, iki istirahət mərkəzinin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Rüya tabirlerini burdan oku

Bu istiqamətdə tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Astarada #vəzifəli #şəxs #inzibati #məsuliyyətə #cəlb #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu