“Ata-anam övlad həsrəti ilə öldü”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verildiyi kimi, 1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.
Metbuat.az “Bizim.media”ya istinadən bildirir ki, şəhidin kiçik qardaşı Müşviq Hüseynov açıqlamasında qardaşının nəşinin valideynlərinin məzarı yanında dəfn ediləcəyini bildirib:
“Mən onun kiçik qardaşıyam. Böyük qardaşım Bakıda yaşayır. Mən isə Beyləqanın Daşburun ərazisində yerləşən qəsəbədə. Atam və anam övlad həsrəti ilə dünyalarını dəyişib. Hər ikisinin məzarı Füzuli rayonunun Aşağı Yağlıvənd kənd qəbristanlığındadır. Ona görə də belə hesab edirəm ki, qardaşımın nəşini təhvil alanda orada dəfn edərik”.
Xatırladaq ki, kimliyi yeni məlum olan daha bir şəhid hərbçimiz Məmmədov Əsəd Məmməd oğludur. 1966-cı il təvəllüdlü hərbçi Ə.Məmmədov Ağstafa rayonunun, Eynallı kənd sakini olub.
O, 30 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ataanam #övlad #həsrəti #ilə #öldü