fbpx

“Ata ocağı” serialı niyə final edir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, “Ata ocağı” serialı 6 ildən sonra final edir.

Serialın rejissoru Rüfət Şahbazov bununla bağlı “Metbuat.az“a danışıb. O qeyd edib ki, serialı bitirərək yeni layihələrə başlamaq qərarı alıblar. Final bölümü isə yayda yayımlanacaq:

“Ata Ocağı”nın final bölümünü çəkdik, amma efiri hələ bir neçə ay davam edəcək. Final seriyası isə efirə yayda gedəcək. Serial 6 ildir davam edirdi. Baş ssenarist Valeh Əhmədov, prodüsserimiz Amiran Babayev ilə bu mövsüm serialı bitirmək və yeni layihələrə başlamaq planlaşdırdıq. Bunu rəhbərimiz “Xəzər Tv”nin rəhbəri Murad Dadaşov ilə bölüşdük və qərar verildi. Çünki tamaşaçılar nə qədər baxmaq istəsələr də, artıq bitməlidir, yenilənməliyik”.

Yeni layihələrin olub-olmayacağı ilə bağlı suala isə rejissor belə cavab verib:

Rüya tabirlerini burdan oku

“Yeni layihələr haqda hələ heç nə deyə bilmərəm. Çünki hələ “Ata Ocağı”nın montaj prossesi davam edir”.

Qeyd edək ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanırdı. Serial həftəiçi 5 gün ekrana gəlirdi.

Gülər Seymurqızı



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ata #ocağı #serialı #niyə #final #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu