fbpx

“Atalanta” “Liverpulu” darmadağın etdi – Avropa Liqası


UEFA Avropa Liqasının 1/4 final mərhələsində ilk oyunlar keçirilib.

BEY.AZ xəbər verir ki, gecə bir sıra sensasiyalı nəticələrlə yadda qalıb. Belə ki, İtaliyanın “Atalanta” klubu səfərdə İngiltərə “Liverpul”una 3:0 hesabı ilə qalib gəlib. Qolları Canluka Skamakka (38, 60-cı dəqiqə) və Mario Pasaliç (83) vurub.

Digər oyunda İtaliyanın iki nəhəngi – “Milan” və “Roma” üz-üzə gəlib. Qırmızı-qaralılar gözlənilmədən öz meydanlarında məğlub olublar. Oyunda yeganə qolu 17-ci dəqiqədə Canluka Mançini vurub.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar

11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya) – 0:1
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) – 0:3
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə) – 2:0
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa) – 2:1.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin