Atası 16 yaşlı oğlunun faciəvi ölümündən danışdı
Şəmkirdə 16 yaşlı İlham Qarayev adlı oğlanı qoyun otararkən ildırım vurub.
BEY.AZxəbər verir ki, gənc elə hadisə yerindəcə həyatını itirib.
Hadisə Şəmkir rayonunun Kamandarlı kəndi yaxınlığındakı çöllük ərazidə qeydə alınıb. Onun meyiti atası tərəfindən həmin ərazidə aşkar edilib.
“Mən evdə idim, uşaq qoyun otarırdı. Göy guruldayanda yanına getdim. Qoyunlara çatırdım, gördüm ki, yıxılıb. Əlimi ürəyinə qoydum, qolundan tutdum, nəbzi vurmurdu. Sinəsi bütün yanmışdı, qılçalarında yaralar var idi. Şalvarı əynində cırılıb, yanmışdı”, – deyə mərhumun atası deyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |