fbpx

Atasını döyən şəxsi qətlə yetirən gənc tutuldu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 24-ü Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

BEY.AZ DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bildirilir ki, M.Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxsə ağır xəsarət yetirib. Həmin vaxt həbs edilən şəxs 6 il sonra yenicə azadlığa çıxıbmış. Atasını vuran şəxsin həbsdən çıxdığını öyrənən Böyükxan onu izləyərək gecə saatlarında Cəlilabad şəhəri ərazisində qəfil hücum etməklə qətlə yetirib. Hadisə anbaan kameraya düşüb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Atasını #döyən #şəxsi #qətlə #yetirən #gənc #tutuldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu