fbpx

Atasıyla geyim üstündə mübahisə edən qız boğazını KƏSDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

Belə ki, Təcili Tibbi Yardım Stansiyasına Nəsimi rayonunda yerləşən kafelərdən birindən müştərilərdən birinin boğaz nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub. Həkimlər dərhal çağırış ünvanına gəliblər.

Zərərçəkən, 20 yaşlı qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə olunaraq həyatı xilas edilib.

Rüya tabirlerini burdan oku

Sözügedən kafenin inzibatçısı Ceyhun Səmədov bildirib ki, həmin qız evində özü-özünə xəsarət yetirib: “Boğazını kəsdikdən sonra yaylıq bağlayaraq kafeyə gəlib. Daha sonra ürəyi gedib. Əməkdaşlarımız da kömək məqsədi ilə yardım göstəriblər. Yanlış anlaşılma olub. Elə biliblər ki, xanım boğazını bizim məkanda kəsib”.

İnzibatçı qeyd edib ki, həmin şəxs onların daimi müştəriləri olub.

Məlumata görə, 20 yaşlı qızın atası yaxın günlərdə həbsxanadan çıxıb və son günlər övladının geyim üslubu ilə bağlı ata-övlad arasında münaqişələr yaranıb. O, atasına geyimin şəxsi məsələ olduğunu bildirərək, müdaxilə etməməsini tələb edib, buna etiraz olaraq özünə xəsarət yetirib.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu