fbpx

AVRO-2024: Yarımfinal matçları başlayır



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

BEY.AZ xəbər verir ki, günün yeganə matçı Münhendəki “Alyans Arena”da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

AVRO-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya – Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, “Alyans Arena”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin