fbpx

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu


2023/2024 mövsümündə avrokubokların final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.

BEY.AZ xəbər verir ki, Çempionlar Liqasında “Real” (Madrid) və “Borussiya” (Dortmund) arasında keçiriləcək final görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Avropa Liqasının həlledici mərhələsində üz-üzə gələcək “Bayer 04” və “Atalanta” komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub. Konfrans Liqasının final görüşü olan “Olimpiakos” – “Fiorentina” matçına portuqaliyalı Artur Soareş Diaş təyinat alıb.

Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi “Barselona” – “Lion” görüşündə isə Rebekka Uelş ədaləti qoruyacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu