fbpx

Avropa Azərbaycanın yaşıl enerji siyasətini dəstəkləyir


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş tutub.

Səfərin hazırkı detalları ilə bağlı BEY.AZ-a açıqlama verən STM-in sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanından Prezidentin Almaniyaya səfər etməsi çox mühüm bir addımdır:

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri bir sıra məqamları ilə diqqət çəkir. Bu səfərin siyasi mahiyyəti çox böyükdür. Azərbaycan nümayiş etdirdi ki, çoxvektorlu siyasətin davam etdirilməsi üçün bu səfər önəmlidir.

Bildiyiniz kimi, İlham Əliyev bu yaxınlarda Rusiya Federasiyasına səfər edib. Bu səfərin ardınca ADA Universitetində forum keçirildi. Burada mühüm mesajlar verildi. Daha sonra Qırğız Respublikasının prezidenti Sadır Japarov Azərbaycana səfər etdi. Səfər çərçivəsində faydalı görüşlər baş tutdu, iki dövlətin iqtisadi inkişafına qatqı olacaq sənədlər imzalandı.

Bu xüsusda mən Almaniya İqlim dəyişiklikləri COP 29 tədbiri ilə bağlı görülən işləri xatırlatmaq istərdim. Hesab edirəm ki, Avropa İttifaqının enerji təhlükəsizliyi istiqamətində Azərbaycanın oynadığı rol və ümumilikdə neytral, balanslaşdırılmış, praqmatik siyasətin təqdimatı sayılmalıdır. Ümumiyyətlə, beynəlxalq miqyasda Azərbaycan bu hərəkata dəstək olmaq niyyətindədir”.

İlyas Hüseynov qeyd edib ki, ölkəmiz alternativ və bərpa olunan enerji, eləcə də atmosferə atılan qazların həcminin azaldılması yönündə təcrübənin bölüşdürülməsi istiqamətində beynəlxalq rəyləri öyrənib paylaşmaqda maraqlıdır:

“Hesab edirəm ki, beynəlxalq təhlükəsizlik, su hövzələrinin qorunması, içməli su probleminin həll olunması və digər məsələlərdə Azərbaycan beynəlxalq rəyləri öyrənəcək, mühüm tövsiyələr, təkliflər olacaq. Bu foruma Prezident İlham Əliyevin qatılması Azərbaycanın çox etibarlı bir partnyor kimi seçildiyinə dəlalət edir.

Xatırladım ki, Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanından Almaniyaya səfər edib. Gələcəkdə Füzuli, Zəngilan, Laçın Beynəlxalq hava limanları vasitəsilə bu cür reyslərin şahidi ola bilərik. Ümid edirəm ki, yaxın gələcəkdə həm bölgəyə turizm cəlb edəcək, həm də bu hava limanları Azərbaycan məhsullarının dünyaya daşınmasında da fəal rol oynayacaqdır. Nəticədə bu, Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirə bilər”.

Dövlət Başçısının Berlinə səfərinin iqtisadi tərəfləri barədə Almaniyada yaşayan iqtisadçı ekspert Murad Calalov BEY.AZ-a açıqlamasında bildirib ki, “15-ci Petersberq İqlim Dialoqu” kimi alternativ enerjiyə dəstək olan tədbirlərin keçirilməsində inkişaf etmiş ölkələr ilə yanaşı Almaniya da çox maraqlıdır:

“Son günlər dünyada baş verən siyasi kataklizmlər fonunda alternativ enerjiyə keçid sahəsində görülən işlər ciddi zərər görüb. Hazırda bu sahənin inkişafına diqqəti cəlb edən ölkələrdən birincisi də Almaniyadır. Rəsmi Berlin çalışır ki, bu sahədə perspektivi olan ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələri inkişaf etdirsin.

Prezident İlham Əliyevin Almaniyaya səfərinin iki mühüm iqtisadi perspektivi var. Birincisi, Almaniya bərpa olunan enerjiyə keçid ərəfəsində olsa da, bu dövr ərzində yenə də ənənəvi enerji sahələrinə, neft, qaz kimi təbii yanacağa ehtiyacı var. Burada da Azərbaycanın rolu danılmazdır. Almaniya Azərbaycanı tərəfdaşı kimi əldən buraxmaq istəmir. Çünki bu praktikada Azərbaycan özünü artıq sübut edib.

İkincisi, inkişaf etməkdə olan ölkə kimi Azərbaycan iqtisadiyyatı böyüdükcə, investisiyanın bir qismini bərpa olunan külək və günəş enerjisi sahəsinə tətbiq edir. Bu da Qərbin, Avropanın diqqətindən yayına bilməzdi. Ümumiyyətlə, yaşıl enerjiyə keçid siyasətində Azərbaycan və Avropanın istəkləri üst-üstə düşür. Avropa Azərbaycanın bu addımını dəstəkləməklə bərabər, məqsədlərinə uyğun olaraq tərədaşlıq imkanlarını daha da genişləndirməyi düşünür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts deyib ki, karbohidrogen istehsal edən ölkələrin bu yanacaqdan istifadəni azaltması da vacibdir:

“İqlim konfransını qalıq yanacaq istehsal edən ölkələrin keçirməsi də yaxşı haldır. Bu, bizə müəyyən şanslar verir. COP28 uğurlu keçib, Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram”.

Öz növbəsində Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin