fbpx

Avropa Birliyindən “USB-C” ilə bağlı QƏRAR

Rüya Yorumları burda

Avropa Birliyinin elektron cihazlar üçün vahid şarj girişinin tətbiqini nəzərdə tutan qərar 28 dekabr tarixindən etibarən qüvvəyə minir.

BEY.AZ xəbər verir ki, qərar tullantıları azaltmaq məqsədilə verilib. Qərəra əsasən, AB ölkələrində satılan portativ elektron cihazlarda standart şarj girişi USB-C olacaq.

Yeni tənzimləmə bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, səsgücləndiricilər və klaviaturalarda USB-C şarj girişinin olmasını tələb edir. Bundan əlavə, cihazların sürətli şarj sistemləri də bir-biri ilə uyğun olacaq. Noutbuklar üçün isə USB-C standartı 28 aprel 2026-cı ildən tətbiq olunacaq.

Qeyd edək ki, qərar xüsusilə fərqli şarj girişlərindən istifadə edən “Apple” şirkətini yeni cihazlarında USB-C standartına keçid etməyə məcbur etmişdi. Hazırda bir çox cihaz artıq USB-C ilə təchiz olunub. Bu standart qulaqlıq, digər aksessuarlar və yeni dizüstü kompüterlərdə geniş istifadə olunur.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu