Avropa Birliyində “PARÇALANMA” – Rusiyaya qarşı sanksiyalara etiraz edən ölkələr var
BEY.AZ informasiya agentliyi xəbər verir
Avropa Birliyi ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketinin tətbiq olunması barədə hələki ortaq mövqeyə gələ bilməyib.
Metbuat.az xəbər verir ki, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borellin sözlərinə görə, bəzi ölkələr 6-cı sanksiya paketinin tətbiqinə qarşıdır. “Rusiyaya qarşı sanksiyaların tətbiq olunması barədə ortaq mövqeyə gəlib-gəlməyəcəyimizə əmin deyiləm” – deyən Borell, Avropa Birliyində fikir ayrılığının olduğunu ifadə edib.
Qeyd edək ki, 6-cı sanksiya paketi Rusiyanın əsasən neft və qaz sahəsini əhatə edir. Bəzi Avropa ölkələr isə Rusiyadan neft və qaz idxalını dayandırmağa hazır olmadığını açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.