Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
MMA döyüşçüsü Əli İsayev “Bellator”da Azərbaycan bayrağı altında çıxış edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançı “Match TV”yə açıqlama verib.
İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb: “Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər”.
Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.
İdmançının “Bellator”da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avropa #çempionu #Bellatorda #Azərbaycanı #təmsil #edəcək