fbpx

“Avropa İttifaqı Missiyası Ermənistanın girovuna çevrilib”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının davranışları tərəfsiz mövqe tutmalı olan beynəlxalq təşkilatın statusuna qətiyyən uyğun deyil. Aİ missiyasının Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatını az qala Ermənistan XİN-dən əvvəl “təkzib” etməsi “Roma papasından artıq katolik olmaq”dan başqa bir şey deyil. Görünən odur ki, Avropa İttifaqının missiyası Ermənistanın girovuna çevrilib. Azərbaycana qarşı ikili standartlar, subyektiv maraqlar Aİ missiyasını beynəlxalq hüququ, tərəfsizlik prinsiplərini unutmağa məcbur edib”.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.

O bildirib ki, 30 ildir Azərbaycanın suveren torpaqlarının işğalına, xalqımıza qarşı törədilmiş çoxsaylı müharibə cinayətlərinə susanların indi insan hüquq və azadlıqlarından, humanizmdən danışması və Ermənistan üçün qalxan rolunu oynaması ikrah doğurur: “Konkret olaraq, hazırda Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidə apardığı ərazilərdə tarix boyu Qərbi azərbaycanlılar yaşayıblar və sonradan deportasiyaya, insanlıqdan kənar münasibətə məruz qalıblar. Bununla bağlı, Qərbi Azərbaycan İcması dəfələrlə bütün beynəlxalq qurumlara, o cümlədən Aİ-yə əsaslı müraciətlər edib. Lakin bu müraciətlərə heç bir reaksiya verilməyib. Bu münasibət Azərbaycana demokratiya, insan hüquqlarından dərs keçməyə çalışan qüvvələrin beynəlxalq hüquq və insani dəyərlərdən ölkələrə təzyiq etmək üçün silah kimi istifadə etdiyini açıq ortaya qoyur”.

Rüya tabirlerini burdan oku

Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi və ümumiyyətlə, Qarabağ İqtisadi rayonunda Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə bağlı bütün təzyiqlərə baxmayaraq bir addım belə geri atmaması, prinsipial şəkildə milli maraqlarını qoruması ölkəmizə qarşı olan qüvvələri birləşdirib. Bu müddət ərzində Azərbaycana qarşı çox sayda təzyiq və hücumlar həyata keçirilib. Ermənistanla bağlı bir neçə qətnaməsi icra edilməyən və buna səs çıxara bilməyən BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri Ermənistanın “humanitar blokada” şousuna qoşularaq, guya Qarabağda “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanatlar yayır. Əlbəttə belə ədalətsiz münasibət qəbuledilməzdir və Azərbaycan xalqının, dövlətinin nəzərində heç bir dəyərə malik deyil. Azərbaycan dəfələrlə sübut edib ki, bizimlə beynəlxalq hüquq və ədalətdən kənar, təhdid dilində danışmaq qəbuledilməzdir.

“Otuz il ərzində Azərbaycan torpaqlarının işğal edilməsinə, tarixi-mədəni irsimizin məhvinə, şanlı Qələbəmizdən sonra isə Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı dəstələrinin varlığına və təxribatlarına “kor” olan beynəlxalq təşkilatlar saxta iddialarla Azərbaycanı ittiham etmək hüququnu çoxdan itirib”, – deyə siyasi şərhçi əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avropa #İttifaqı #Missiyası #Ermənistanın #girovuna #çevrilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu