Avropa Komissiyasının sədri Kiyevə getdi
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün Kiyevə gedib.
BEY.AZ xəbər verir ki, bu barədə o, “X” şəbəkəsində məlumat verib. O qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə almaqda davam edir:
“İstilik mövsümü başlayır. Biz Ukraynaya cəsarətli səylərində kömək edəcəyik. Kiyevə Avropanın dəstəyini müzakirə etmək üçün gəlmişəm”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |