fbpx

Avropa Liqası:”Barselona” mübarizəni dayandırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

Metbuat.az-ın məlumatına görə, 1/4 finalın cavab oyunlarından sonra Almaniya “Leyptsiq”i ilə yanaşı, bu ölkənin digər təmsilçisi “Ayntraxt” və İngiltərə “Vest Hem”i növbəti mərhələyə vəsiqə əldə edib.

Barselona” Evdə “Ayntraxt”a 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. “Vest Hem” isə Fransada “Lion”a qalib gəlib.

Şotlandiyada “Reyncers” və Portuqaliya “Braqa”sı arasında keçirilən oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılır. Son olaraq Şotlandiya “Reyncers”i adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, yarımfinalda “Reyncers” və İngiltərə “Vest Hem”i müvafiq olaraq, Almaniyanın “Leyptsiq” və “Ayntraxt” klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin