Avropa Parlamentində gərginlik yaşandı
Avropa Parlamentində İsrailin Livana hücumları ilə bağlı keçirilən iclasda gərginlik yaşanıb.
BEY.AZ xəbər verir ki, Avropa İttifaqı Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı “Livan işğal olunub” cümləsini səsləndirib. Bu bəyanat ifrat sağçı deputatlar tərəfindən etirazla qarşılanıb.
Avropa İttifaqı Komissiyası adından açılış nitqi ilə çıxış edən Borrell, Livanda vəziyyətin gündən-günə pisləşdiyini və əhalinin 20 faizinin qaçqın düşdüyünü ifadə edib. “Bu, İsrailin Livana ilk işğalı deyil” deyən Borrell, İsrailin keçmişdə Livana təcavüz etdiyini ifadə edib. Borrell “Hizbullah” təşkilatının İsrailin işğalına cavab olaraq qurulduğunu qeyd edib. O, İsrailin işğalının Livanda təhlükəsizlik probleminə səbəb olduğunu irəli sürüb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |