Avropa Putinə “qurşaqdan aşağı” zərbə hazırlayır
BEY.AZ informasiya agentliyi xəbər verir
Avropa İttifaqı Rusiya prezidenti Putinin sevgilisi olduğu və 4 uşaq anası olduğu iddia edilən Alina Kabayeva və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Sanksiya siyahısında Putinə böyük zərbə vuracağı düşünülən digər adlar da var.
Metbuat.az xəbər verir ki, Bloomberg-ə iki mənbə bildirib ki, Avropa İttifaqı (Aİ) Putinin sevgilisi olduğu iddia edilən keçmiş olimpiya gimnastı Alina Kabayevaya sanksiya tətbiq edəcək. Adı illərdir Rusiya lideri ilə hallanan, hətta Putindən 4 gizli övladı olduğunu iddia edən Alina Kabaeva müharibə başlayandan bəri ən çox müzakirə edilən adlardan biridir.
Bloomberg qeyd edir ki, Aİ sənəd layihəsində Kabayeva “prezident Vladimir Putinlə yaxından əlaqəli” kimi təsvir olunur.
Xatırladaq ki, altı il Putinin “Vahid Rusiya” Partiyasında deputat işləyən gənc qadın Rusiyada media nəhəngi olan Milli Media Qrupunun idarə heyətinin sədri olub. Media sahəsində təcrübəsi olmasa da, Rusiya hökuməti ilə yaxın münasibətdə olduğu bilinən şirkətdə 8 milyon funt-sterlinq maaş alan Kabayevanın Putinin sərvətinin xaricdə gizlədilməsində əli olduğu düşünülür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.