Avropada qazın qiyməti 1 000 dollara çatıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti təxminən 1 000 ABŞ dollarına çatıb.
Metbuat.az xəbər verir ki, 24 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) fevral fyuçerslərinin qiyməti 996,7 dollar səviyyəsində olub, bu da öncəki hesablama qiyməti (922,8 dollara yaxın) ilə müqayisədə 8% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.