Avropanın ən böyük zavodu məhv edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Rus ordusu Mariupoldakı “Azovstal” metallurgiya zavodunu ələ keçirməyə çalışırlar.
Metbuat.az Unian-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.
Onun sözlərinə görə, rus ordusu faktiki olaraq metallurgiya zavodunu məhv ediblər.
“Mariupolda vəziyyət fəlakətlidir, indi “Azovstal” uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik. Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir”, – deyə Denisenko bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.