fbpx

Avropanın enerji təhlükəsizliyi Azərbaycandan keçir

Rüya Yorumları burda


29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri dünya mediasının diqqət mərkəzindədir.

BEY.AZ xəbər verir ki, sərgilər barədə “24 ae.”, “Əl İttihad”, “Şarjah 24”, “Mediaoffice. Abu-Dabi”, “Əl Xalic”, “uae.barq” qəzet və portalları, habelə “CNN arabic”, “Abu Dabi1” telekanalları, Səudiyyə Ərəbistanının “Saudigulffprojetcts” nəşri geniş məqalələr dərc ediblər.

Bildirilib ki, Sultan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcək.

Milli məclisin deputatı Cavid Osmanov Bakı Enerji Həftəsi barədə BEY.AZ-a açıqlama verib. O bildirib ki, Bakı Enerji Həftəsində enerji siyasətinin bütün əsas seqmentləri – neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerji barədə fikir mübadiləsi aparılıb.

“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən bəhs etdi. Bildirildi ki, bu illər ərzində irimiqyaslı iqtisadi islahatlar həyata keçirildi, yeni demokratik Konstitusiya qəbul edildi, senzura ləğv edildi, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlbinə başlanıldı.

Rüya tabirlerini burdan oku

Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir ölkəmizin strateji tərəfdaşıdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaş olaraq qalacaq”.

Avropa Komissiyasının Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdığını xatırladan millət vəkili qeyd edib ki, hazırda səkkiz ölkə Azərbaycandan qaz alır:

“Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib. Həmçinin öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Bir sözlə, Azərbaycanın qaz təchizatı coğrafiyası artacaq. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolu böyükdür.

Gülbəniz Hüseynli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu