fbpx

“Avroviziya-2024”də təmsilçilərimizin səhnə quruluşçusu bu şəxs olacaq

Rüya Yorumları burda

“Avroviziya-2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.

BEY.AZ xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir. 2006-cı ildə onun musiqi klipi Eurovideo Grand Prix müsabiqəsində 1-ci yerə layiq görülüb. 2011-ci ildə onun “LOVE” musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş sovet ölkələri arasında ilk belə göstəricidir. Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.

Evgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska” şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.

Rüya tabirlerini burdan oku

Beləliklə, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu