“Avroviziya”da Azərbaycanın səhnə tərtibatını danimarkalı rejissor hazırlayacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu il “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən Metbuat.az-a verilən məlumata görə, bu, yüksək keyfiyyətli, baxımlı və yadda qalan performansları ilə Avropada və dünyada məhşur olan Danimarkalı Mads Enqqaarddır.
Mads Enqqaard “Avroviziya” aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Azərbaycan təmsilçilsi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.
Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.
Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilmiş Pre-Party-dən dərhal sonra qurluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.
Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə çıxış edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.