Avstriya klubunun “Neftçi” ilə oyunlar üçün olan heyəti açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Avstriyanın “Rapid” (Vyana) komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.
Metbuat.az xəbər verir ki, Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer siyahıya 24 oyunçu daxil edib.
Onların 2-si qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler
Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik (Slovakiya), 23. Yonas Auer
Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç (Serbiya), 16. Deyan Petroviç (Sloveniya), 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster
Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf (Niderland), 39. Rene Krivak, 41. Bernhard Zimmerman
Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.