fbpx

Avstriya Polşa millisini məğlub etdi

Rüya Yorumları burda


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa – Avstriya görüşü başa çatıb.

BEY.AZ xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.

Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Pyontek “status kvo”nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç təyin edib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland – Fransa görüşü keçiriləcək.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu