fbpx

Avstriyadakı soydaşlarımızdan ekofəallara dəstək: “Erməni ekosidinə son!”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avstriyadakı Azərbaycan diasporunun fəalları Vyana şəhərində BMT bölməsinin yerləşdiyi mərkəzin qarşısında Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq aksiya keçiriblər.

Metbuat.az xəbər verir ki, Azərbaycan Akademik Birliyi və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyi (AZER-DER) tərəfindən birgə təşkil olunan aksiyada Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz bildirilib.

“Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələbləri ilə çıxış edən aksiyaçılar Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülər ilə həmrəylik nümayiş etdiriblər. Onlar Azərbaycan ictimaiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan ərazisində yeraltı və yerüstü sərvətlərin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yumulmayacağını bildiriblər. Qeyd edilib ki, Azərbaycanın Qarabağ ərazisində törədilən ekoloji terror təkcə Azərbaycanı deyil, bütün planeti narahat edən ümumbəşəri məsələ olmalıdır.

Rüya tabirlerini burdan oku

Vurğulanıb ki, 30 il davam edən işğal dövründə Azərbaycan ərazilərindəki təbii sərvətlər ermənilər tərəfindən talan olunub, yandırılıb, sular çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Dünya ictimaiyyəti müharibənin nəticələrini aradan qaldırmaq istiqamətində ciddi səylər göstərən və genişmiqyaslı quruculuq işləri aparan Azərbaycanın haqq səsinə səs verməli, ekoloji terrora son qoyulması məqsədilə əməli addımlar atılması üçün çağırışlar edilməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avstriyadakı #soydaşlarımızdan #ekofəallara #dəstək #Erməni #ekosidinə #son

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu