fbpx

Avtobus sürücülərinin nəzərinə: Sertifikat olmalıdır

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı əks-göstəriş sertifikatı olan sürücülər rayonlaraarası avtobus idarə edə bilər. Yəni 3-cü doza vaksinin vaxtı çatmayan, 2-ci peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir sürücü hazırda avtobusları idarə etmək hüququna malikdir.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Peyvəndin olunma vaxtı yaxınlaşan hər bir sürücü və sərnişinlər məntəqəyə yaxınlaşaraq vaksin oluna bilər.

Qeyd edək ki, sabahdan COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin