fbpx

Avtobus zolağına aid cərimələr bu halda silinəcək

Rüya Yorumları burda


Bakıda yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.

Lakin bu avtobus zolaqlarına daxil olmaq bəzi hallarda mümkün olur və cərimə yazılmır.

Bəs, sürücülər hansı halda avtobus zolağına daxil olarsa onları cərimə gözləmir?

BEY.AZ milli.az-a istinadən xəbər verir ki, sürücülərin bu hallarda avtobus zolağına girişi mümkündür:

1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.

Rüya tabirlerini burdan oku

2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.

* Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır.

Eyni zamanda bəzi yollarda avtobus zolağına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vaxt məhdudiyyəti tətbiq edilib. Əvvəllər günün 24 saatı həmin zolağa girmək qadağan idisə, artıq nişanlar quraşdırılıb və yeni qaydaya əsasən müəyyən saat aralığında bu zolağa girmək olar. Əgər həmin ərazidə dayanma-durma qadağan deyilsə, orada avtomobili park etməyə də icazə verilir.

Lakin müəyyən saatlarda girişə icazə verilməsinə baxmayaraq, sürücülər həmin zolağa girməyə çəkinir.

Bəzi sürücülər isə icazə verilən saatda belə zolaqdan istifadə etsələr də, yenə də cərimə edilirlər.

Bəs qaydalara riayət edən sürücülərə də cərimə yazılırsa bu halda nə etmək olar?

Əgər qaydalara riayət edən sürücüyə cərimə yazılıbsa sürücü cərimə ilə bağlı şikayət etməlidir.

Sürücünün müraciəti ilə cəriməyə xitam verilir.

Əgər sürücü avtobus zolağına icazə verilən saatda daxil olubsa cərimə qətiyyən tətbiq edilə bilməz.

Bu barədə yaranan səhvlərlə bağlı sürücü cavabdeh deyil.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu