Avtobusda qeyri-etik hərəkət edən bu şəxs imiş
“Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib”.
BEY.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
“Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Gəncədə sərnişinlərdən birinin avtobusda qeyri-etik hərəkətlər etməsi ilə bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |