fbpx

Avtobuslarda gediş haqqı artırılır? – TARİF ŞURASINA müraciət edildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda fəaliyyət göstərən 40-a yaxın sərnişindaşıma şirkəti avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında “Ayşən LTD”nin direktoru İradə Əliyeva bildirib.

İki gün əvvəl Tarif Şurasına müraciət etdiklərini deyən İradə Əliyeva şəhəriçi daşınmada gediş haqqı artımı ilə bağlı tələblərini belə əsaslandırıb:

Rüya tabirlerini burdan oku

“30-40 şirkətin maliyyə üzrə mütəxxəssisləri gediş haqqı ilə bağlı əsaslandırma aparıb və Tarif Şurasına təqdim ediblər. Hər şeyin qiyməti qalxdığı kimi ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Sığortanın, yanacağın qiyməti artıb. Bizə dotasiya verilmir. Bütün bunlar bu gün işləməyimizi ləngidir və xidmətin səviyyəsini aşağı salır”.

İradə Əliyeva gediş haqqının kilometrajla tənzimlənəcəyini bildirib:

“Avtobus şəhər içində 5 kilomet hərəkət edir və dövriyyəsi 10 kilometr olur. Amma Bakıətrafı qəsəbələrə yarım dövriyəyə 45-50 kilometrdir. Bir dəfə bir dövriyyə isə 100 kilometrdir. Təbii ki, siz Bakıətrafı qəsəbələrə işləyən bəzi avtobusların 50 qəpik gediş haqqını baha hesab edirsiz. Əslində isə biz şəhəriçini çox ucuz qiymətə işləyirik. Şəhər içində min-düş var, Bakıətrafında isə yoxdur, sərnişin birbaşa qəsəbədə düşür”.

Ehtimal olunur ki, qiymətlər şəhəriçi avtobuslarda 30 qəpikdən 40 və 50 qəpiyə, şəhərətrafı qəsəbələrə isə 40, 50 qəpikdən 60-70 qəpiyə qədər qaldırılacaq.

Qeyd edək ki, 40 sərnişindaşıma şirkəti Tarif Şurasına müraciəti iki gün əvvəl təqdim edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu