fbpx

Avtomobil yollarında təhlükə törədən qurumuş budaq və ağacların kəsilməsinə başlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xaçmaz-Xudat, Quba-Xaçmaz, Xudat-Nabran və Gəndob-Quba avtomobil yollarının mühafizə zolaqlarında uzun illər ərzində quruyaraq insan həyatı və ətraf mühitə təhlükə törədən ağacların, ağacların qurumuş budaqlarının kəsilməsi və həmin ərazilərin təmizlənməsi işləri aparılır.

Agentlikdən Metbuat.az-a bildirilib ki, budanma və təmizlik işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin çoxsaylı işçi qüvvəsi tərəfindən təmin edilir.

Qeyd olunub ki, təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi və həmin ərazilərin təmizlənməsi işləri zəruri ərazilərdə mərhələli şəkildə davam etdirilir. Kəsilmiş ağacların yerində payız mövsümündə yeni ağaclar əkilməsi nəzərdə tutulub.

Rüya tabirlerini burdan oku

Təhlükəsizlik qaydalarına riayət edilərək kəsilən ağaclar təyin olunan əraziyə daşınır və onlardan qışa hazırlıq məqsədilə odun tədarükü olunur. Daha sonra bu odunlar “Qarabağ Qaziləri” İctimai Birliyinə, Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə təqdim ediləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avtomobil #yollarında #təhlükə #törədən #qurumuş #budaq #və #ağacların #kəsilməsinə #başlanılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu