fbpx

Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 57% artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 92 mln. 644 min manata yüksəlib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56.6% və ya 33 mln. 494 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında 59 mln. 149 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 56 mln. 655 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11.4% və ya 5 mln. 810 min manat çoxdur. Ötən ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 50 mln. 845 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 29% azaldıb. Belə ki, 2022-ci ilin ilk 7 ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 86 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 7 ayında bu rəqəm 61,1 manata enib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avtomobillərin #icbari #sığortası #üzrə #daxilolmalar #artıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin