fbpx

Avtomobillərin utilizasiyaya verilməsi qaydası müəyyənləşir

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycanda avtomobillərin utilizasiyaya verilməsi zamanı tələb olunan sənədlər müəyyənləşir.

Metbuat.az xəbər verir ki, bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb ediləcək:

– nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;

– nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqiiyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;

– nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;

– fıziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Ərizəyə baxılması və sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması bu Qanunun 14-5-cü maddəsinin altıncı -onuncu hissələrində müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Göstərilən sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt (bundan sonra akt) tərtib olunur və aktda aşağıdakılar göstəriləcək:

– nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat; nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları; nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar; güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.

– Akt ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir.

– Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizatortərəfindən bu Qanunun 14-8-ci maddəsinin tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir.

– Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən 3 (üç) iş günü müddətində operatora göndərilir.

– Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya vehlmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

– Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yanmqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.

Həmçinin, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası müəyyənləşir.

Bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

– nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

– Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

– istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Eyni zamanda, Azərbaycanda avtomobillərin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz olacaq.

Bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-1-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ümumi müddəalar) əksini tapıb.

Yeni maddəyə əsasən utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Avtomobillərin #utilizasiyaya #verilməsi #qaydası #müəyyənləşir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin