Axtarışda olan 88 nəfər SAXLANILDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Daxili İşlər Nazirliyi (DİN) martın 18-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 69 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.