fbpx

“Ayaks” matçının biletləri satışa çıxarılır



UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün, saat 12:00-da satışa çıxarılacaq.

BEY.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər. Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin